Bəhreynin Xarici İşlər naziri Əbdül Lətif Bin Rəşid əl-Zəyani İranın Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə telefon danışığı aparıb.
Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri bu telefon danışığında sionist rejimin uşaqlara, qadınlara və Qəzzənin bütün günahsız insanlarına qarşı təcavüzü və cinayətlərinin davam etməsinə işarə edərək bu rejimin müharibə radiusunun Livanın paytaxtına və Yəmənə qədər genişləndirilməsində şər rəftarının, xüsusilə bu rejimin İran İslam Respublikası ərazisində İsmayıl Həniyyənin şəhid edilməsində cinayət və həyasızlığının dayandırılmasının vacibliyini vurğulayıb.
O, sionist rejimin cinayətlərinin genişlənməsinə qarşı istənilən susqunluğu regionun sabitliyinə zərərli hesab edərək deyib: “Bu rejimin son hərəkətləri qarşısında susmaq onları mükafatlandırmaq kimi qiymətləndirilir. Buna görə də İran İslam Respublikası beynəlxalq qayda və prosedurlara əsaslanaraq əks tədbirlər görməyi özünün haqqı hesab edir.”
Sionist rejimin cinayətlərinin genişlənməsi qarşısında susmaq regionda sabitliyə xələl gətirir
5 avqust 2024 at 18:01
Xəbər kodu:
85559454
Tehran - İRNA - Xarici İşlər nazirinin vəzifəsinin icraçısı deyib: “Sionist rejimin cinayətlərinin genişlənməsi qarşısında susmaq regionun sabitliyinə xələl gətirir və bir növ onları mükafatlandırmaq hesab olunur.”
Sizin rəyiniz